• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimov haqqında yazılan mənfi xəbərlərə münasibət bildirib - VİDEO

Mübariz Mənsimov haqqında yazılan mənfi xəbərlərə münasibət bildirib - VİDEO
13.10.2023 21:37
"Palmali Holding" şirkətinin rəhbəri Mübariz Mənsimov Gününsəsi.info saytında müsahibə verib.
 
Mənsimov Qarabağın alınmasına görə Azərbaycanın Prezidentini təbrik edərək vurğulayıb ki, bu Əliyevin ən böyük uğurudur.

"Azərbaycan təkcə neft ölkəsi deyil.Eyni zamanda güclü bir orduya sahibdir. Prezidentin simasında bunun isbatını bir daha gördük. Qarabağın azad olunması İlham Əliyevin uğurudur"-, iş adamı deyib.
 
İş adamı haqqında yazılanlara sadəcə önəm vermədiyini açıqlayıb.
 
Bu gün Azərbaycan mətbuat orqanlarının bəzi sosial hesablarında Mübariz Mənsimov "fırıldaqçı" və "saxta xeyriyyəçi" kimi təqdim olunub.
 
"Haqqımda 25 ildir yazırlar. Sadəcə bir-iki nəfər adam var ki, illərdir xaqlın cibindən oğurlarlanan pulları hansısa media orqanlarına xərcləməklə bu cür sifarişli yazılar verirlər. Mən dövlət məmuru deyiləm. Öz kreslomda oturub işimlə məşğulam.Yazılanlara isə gülüb keçirəm"-, iş adamı müsahibəsində deyib.
 
Bir gün əvvəl Mənsimovun sədrlik etdiyi Təhsil və Yardımlaşma Fondu 150 tələbəyə təqaüd ayırdığını açıqlayıb. Təqaüd ayrılan tələbələrlə yaxın zamanda görüş olacağı gözlənilir. 
 
Dəstək olunanlar arasında yanvarın 27-də Azərbaycanın tehrandakı səfirliyinə hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun qızına, şəhid Cəbrayıl Dövlət Cəbrayılzadənin bacısına və Adil İbrahimlinin həyat yoldaşı da var.
 
Mübariz Mənsimov artıq bir neçə illərdir azərbaycanlı tələbələrə dəstək olaraq onların təhsil haqqını ödəyir.
 
 
 
Gülnar
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol