• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərlotereya” tələbələrə xüsusi təqaüd verdi

“Azərlotereya” tələbələrə xüsusi təqaüd verdi
16.10.2023 11:57
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Azərlotereya” ASC tədbirlərə davam edir. 

"Heydər Əliyev ili” çərçivəsində elm və təhsilin inkişafına dəstək məqsədilə "Azərlotereya” yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış tələbələrdən 10 nəfəri xüsusi təqaüdlə təmin edib. 

"Azərlotereya”nın təhsilin tərəqqisinə yönələn layihələrə hər zaman dəstək göstərdiyini bildirən şirkətin İdarə Heyətinin sədri Osman Karakuş tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Vurğulanıb ki, ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq "Azərlotereya”nın bu addımı onların gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq. 

"Azərlotereya”nın bu sahədəki töhfələri tələbələri öz akademik potensiallarını maksimum açığa çıxararaq irəlidə böyük nailiyyətlərə imza atmağa həvəsləndirir, onların daha parlaq gələcəyi üçün lazımi bilik və bacarıqlara malik olmasına imkan yaradır. 

Yubiley ili çərçivəsində "Azərlotereya” əməkdaşlarının Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi”nə yürüşü təşkil olunub. Eyni zamanda şirkət ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ölkəmizin yaşıllaşdırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyasını həyata keçirtməyi planlaşdırır. 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol