• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdəki bəzi balıqların yeyilməsi qadağan edildi - Xəbərdarlıq

Xəzərdəki bəzi balıqların yeyilməsi qadağan edildi - Xəbərdarlıq
05.03.2014 11:10
Xəzər dənizindəki kefal balıqları virusa yoluxub. Ona görə də bu növ balıqların istifadəsi zərərlidir və qadağan olunur. Bu bəyanatla İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi Məcid Bəxtiyari çıxış edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.M.Bəxtiyari deyib ki, Xəzər dənizində kefal balıqların ölüm halları günbəgün artmaqdadır: "Ölmüş kefal balıqlarının üzərində analizlər aparılıb. Bu balıqlarda aşkarlanan xəstəlik həm insan, həm də heyvan üçün təhlükəlidir. 45 gün ərzində ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin yekun nəticələri açıqlanacaq. Ona görə də əhalinin hələlik bu növ balıqları yeməsini məsləhət görmürük".Baytarlıq İdarəsinin rəisi kefal balıqlarının xəstələnməsinə səbəb kimi sənaye və məişət tullantılarının çaylar vasitəsi ilə dənizə axıdılmasını göstərib və deyib ki, çayların çirkli suyu kefal balıqlarının virusa yoluxmasına səbəb olub.Qeyd edək ki, İranın Mazandaran əyalətində hər il 6 min tona yaxın müxtəlif növ sümüklü balıqlar, o cümlədən kefal, ağ balıq və sazan balıqları ovlanır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol