• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha 4 şirkət taksi fəaliyyətinə başlaya bilər

Azərbaycanda daha 4 şirkət taksi fəaliyyətinə başlaya bilər
16.10.2023 18:23
Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb.
 
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət edib.

Taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir. Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir.
"Fərdi məlumatlar haqqında” qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir.
 
Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol