• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya və maaşlar artacaq - Deputat

Pensiya və maaşlar artacaq - Deputat
16.10.2023 19:06
Mühasibat uçotu haqqında” qanuna dəyişiklik pensiya və maaşların artırılması üçün yeni maliyyə bazasının yaradılmasına imkan verəcək.
 
Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, qanuna dəyişikliyin məqsədi bütün kağız məlumatların elektron daşıyıcılara köçürülməsidir.

"Artıq elektron qaydada mühasibatlığın aparılması məcburi olacaq. İlkin gözləntilər ondan ibarətdir ki, bu qanun kölgə iqtisadiyyatının azalmasına səbəb olacaq və büdcə gəlirlərinin artmasına təsir göstərəcək. Bu da pensiya və əmək haqqlarının artırılması üçün maliyyə imkanlarını genişləndirəcək. Yəni maliyyə vəsaitinin artması pensiya və əmək haqqlarının artırılması üçün yeni maliyyə bazasıdır və sosial proqramlara daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Eyni zamanda büdcə gəlirlərinin daha dayanıqlı olmasına şərait yaradacaq”, - deyə Vuqar Bayramov əlavə edib.

"Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:
- iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində
- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.

Qanuna dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin oktyabrın 13-də keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol