• $
  • €
  • ₽
  • ₺
  • £

Gədəbəydə polisə silahlı müqavimət göstərməyə cəhd edənlər saxlanılıblar

Gədəbəydə polisə silahlı müqavimət göstərməyə cəhd edənlər saxlanılıblar
16.10.2023 23:21
Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan, barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.

Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar. Ayaq nahiyyəsindən xəsarət alan Nəsib Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatına təhlükə yoxdur.

Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb.

Araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol