Türk Dövlətləri Təşkilatı Azərbaycan xalqını təbrik edib

Türk Dövlətləri Təşkilatı Azərbaycanı dövlət müstəqilliyinin bərpasının otuz ikinci ildönümü münasibətilə təbrik edib.
www.anews.az
Bu barədə TDT "X” sosial şəbəkə hesabında yazıb.
"Təşkilatımıza üzv dövlət olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuz ikinci ildönümü münasibətilə qardaş Azərbaycan hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik”, - paylaşımında yazılıb.
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.
Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günüdür.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib