Füzulidə uşaq bağçasının inşası üçün bu qədər torpaq sahəsi ayrılıb

Füzulidə təməli qoyulan 240 yerlik uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.
2026-cı ilin sonuna qədər Füzuli rayonunda Füzuli şəhəri və 10 kəndin bərpa olunub təhvil verilməsi nəzərdə tutulub.
Sözügedən şəhər və 10 kənddə ümumilikdə 22 000 nəfərə qədər əhalinin məskunlaşması planlaşdırılır.
Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.
Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib