Azərbaycan ən çox Türkiyəyə qaz ixrac edib

2023-cü ilin səkkiz ayında Azərbaycan ən çox Türkiyəyə qaz ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Bildirilib ki, ixrac olunan qazın 41,4% Türkiyənin, 38,2% isə İtaliyanın payına düşüb.
2023-cü ilin birinci rübündə Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükünü ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıraraq 2,8 milyard kubmetrə çatdırıb.
2023-cü ilin birinci yarısında Azərbaycandan Avropaya qaz ixracı 8,9% artıb. 2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni 22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.
Oktyabrın 5-də Qrandada keçirilən görüşdən sonra Avropa İttifaqı rəhbəri Roberta Metsola Azərbaycanı Qarabağda baş verən son hadisələrdən sonra etibarsız tərəfdaş adlandıraraq, Azərbaycandan qaz almamağa çağırıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























