• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi bu tarixdə istifadəyə veriləcək- Açıqlama

Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi bu tarixdə istifadəyə veriləcək- Açıqlama
19.10.2023 16:23
Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksinin 2024-cü ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində çıxışı zamanı bildirib.

O bildirib ki, uzunluğu 44 kilometr olan Bərdə-Ağdam yolu artıq yekunlaşmaq üzrədir.

"Ağdamda kəndlərdə və yaşayış məntəqələrində də artıq torpaq işlərinə başlanılıb və bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə başlanacaq. Digər kəndlər isə layihələndirmə prosesindədir”, - Bəşir Hacıyev əlavə edib.
 
Bərdə-Ağdam dəmir yolunun ümumi ox üzrə uzunluğu 47,1 kilometrdir. Yan yolları ilə birlikdə isə 57,8 kilometr dəmir yolunun tikintisi nəzərdə tutulur. Artıq yolun 56,9 kilometri hazırdır. Yalnız Ağdam dəmir yolu stansiyasına gedəcək 1 kilometrlik hissənin inşası qalıb. Ağdam stansiyasında, həmçinin 5 yan yol salınır. Layihələndirmə işlərinin 90 faizi yerinə yetirilib. Tikinti üzrə isə 68 faiz icra edilib.
 
Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur.
 
Aytac Zeynalova
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol