2024-cü ilin sonunadək Mingəçevirdə yeni elektrik stansiyası tikiləcək- AÇIQLAMA

Mingəçevirdə 2024-cü ilin sonunadək yeni elektrik stansiyası tikiləcək. Bunu tikintiyə nəzarət edən İtaliyanın AFRY şirkətinin sahə meneceri Emre Özer "AzərEnerji” ASC-nin Mingəçevir şəhərində təşkil etdiyi mediatur zamanı Report-a açıqlamasında söyləyib.
O bildirib ki, stansiyanın infrastruktur işləri 90-95 %-i yerinə yetirilib.
"Azərbaycanda Avropa və beynəlxalq standartlara uyğun elektrik stansiyası inşa ediləcək. Artıq üst tikililər və mexanizmlərin əksəriyyətinin təməli qoyulub. Hazırda tikinti işlərinə 250-ə yaxın insan cəlb edilib'',- o vurğulayıb.
1280 meqavatlıq yeni elektrik stansiyası və "Azərbaycan” İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq.
Yeni stansiyanın tikilməsi, əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























