Bakının havasında dəm qazının miqdarı normadan çoxdur

Bakı şəhərinin havasında dəm qazının miqdarı normadan yüksəkdir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məlumat yayılıb.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.2, Sumqayıt şəhərində isə azot-4 oksid 1.1 dəfə normadan yüksək müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























