Ağalıda işlə təmin olunan şəxslərin sayı açıqlanıb

Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən 120-i nəfəri ərazidəki vakansiyalar, 33 nəfər "İşsizin dostu” proqramı üzrə işlə təmin edilib, 11 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yyaıb.
Bildirlir ki, proses nazirlik tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunublar.
Məlumata görə, 26 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda daha 31 sakinin məşğulluğuna dəstək işləri aparılır.
İşğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Ağalıda ilk "Smart DOST” xidmət məntəqəsi də açılıb. Ötən dövrdə bu məntəqədə 19 sakinə xidmət göstərilib.
Zəngilan 2020-ci oktyabrın 20-də erməni işğalından azad edilib.
Prezidentin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd edilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























