• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqabət orqanının özü Prezident tərəfindən formalaşmalıdır- DEPUTAT

Rəqabət orqanının özü Prezident tərəfindən formalaşmalıdır- DEPUTAT
20.10.2023 11:58
Rəqabət Orqanının özü Prezident tərəfindən formalaşmalıdır. Bunu deputat Qüdrət Həsənquliyev deyib.

"Hesab edirəm ki, fəaliyyət göstərən orqan Prezident tərəfindən yaradılsa, daha ciddi fəaliyyət göstərər. Haqsız rəqabətlə bağlı məsələlər də aydınlaşmalıdır. Elə mexanizm yaratmalıyıq ki, iqtisadiyyatın əsas sahələrində rəqabət yaransın. Bunun üçün özəlləşdirməyə getmək yaxşı olar. Təkcə iqtisadi mexanizmlərlə qeyri-neft sektrona nail ola bilməyəcəyik”, - deputat oktyabrın 20-də Parlamentin plenar iclasında "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında”  qanuna münasibət bildirərkən bildirib. 
 
Bundan əvvəl qanunun müzakirəsi zamanı deputat Vahid Əhmədov təklif edib ki, Rəqabət Məcəlləsinin səlahiyyətləri Prezident səviyyəsində tərtib olunsa, daha yaxşı nəticələr əldə etmək olar.

Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol