• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatına ayrılan vəsait azaldılıb - Deputat bunu düz,ekspert isə səhv adlandırır

Kənd təsərrüfatına ayrılan vəsait azaldılıb - Deputat bunu düz,ekspert isə səhv adlandırır
20.10.2023 17:24
2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 109,9 milyon manat olması nəzərdə tutulub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% azdır.  Bu barədə Maliyyə Nazirliyinin "2024-cü il dövlət büdcəsi haqqında” Milli Məclisə təqdim olunan layihəsində qeyd olunub. 
 
Ötən il kənd təsərrüfatına 1 milyard 202 milyon 142 min 802 manat pul ayrılıb.
 
Aqrar siyasət komitəsinin üzvü, deputatı Cavanşir Paşazadə bildirir ki, əvvəlki illərdə kənd təsərrüfatına yetərincə maliyyə ayrıldığından artıq fermerlərin qazancları xərclərini ödəyir. 
 
"Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi tapşırıq və qərarlara əsasən, həm kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, həm də heyvandarlıq üçün böyük vəsaitlər ayrılıb.  Həmin qərarlardan sonra kənaqrar sektorda çalışan  insanlara bir sıra güzəştlər edilib, bəzi vergilərdən azad olunublar. Beləliklə uzun illər kənd təsərrüfatına ayrilan vəsaitlərin çox olması, fermerlərə edilən güzəştlər onların özlərinin qazanclarının yaxşılaşmasına və ehtiyaclarının azalmasına səbəb olub. Odur ki, kənd təsərrüfatına dövlət büdcəsindən ayrılan vəsait  də azalmağa başlayıb və azalmaqda davam edəcək. Çünki fermerlərin, torpaq sahibkarlarının özlərinin qazancları özlərinə bəs edir", - deputat vurğulayıb.
 
"Aqrar İslahatlara Dəstək" İctimai Birliyinin rəhbəri, ekspert Vahid Məhərrəmli isə bildirir ki, kənd təsərrüfatına  ayrılan mailiyənin azaldılması kiçik və orta fermerlər üçün ciddi problem yaradacaq.
 
"Son vaxtlar gübrənin qiymətində kəskin şəkildə artım müşahidə olunur. Fermerlərə göstərilən əkin, səpin, yığım kimi  xidmətlərin də qiyməti artıb. Hazırda bir sıra özəl sahibkarlar peyda olublar və dövlət hesabına alınan bütün texnikanı ələ keçiriblər. Bu xidməti də onlar göstərirlər. Bütün bunları nəzərə alsaq, kənd təsərrüfatına  ayrılan mailiyənin azaldılması kiçik və orta fermerlər üçün ciddi problem yaradacaq. Onların xərci artacaq və təsərrüfatın inkişafında yaranan problemləri həll etməkdə çətinlik çəkəcəklər. Dövlətin həmin xərcin bir hissəsini qarşılayacaq vəsaitdən onları məhrum etməsi işlərini çətinləşdirməkdən başqa bir şey deyil", - ekspert əlavə edib.

Ekspertin fikrincə, ölkədə kənd təsərrüfatına xidmət sahəsində qiymətlərə nəzarət edilməlidir.
 
"Bu dəyişikliyi o vaxt etmək olardı ki, ölkədə xidmət və istehsal vasitələrinin qiyməti ilə bağlı stabil bir qiymət diapazonu olardı. Buna isə ölkədə nəzarət edilmir və belə olduğu halda kənd təsərrüfatına  ayrılan vəsaitin azaldılması, əlbəttə, bir çox fermerlərdə problem yaradacaq",-  Vahid Məhərrəmli bildirib.
 
2023-cü ilin yanvar-sentyabrı üzrə dövlət büdcəsi dnəaxilolmaların 59,5 faizi qeyri-neft sektoru üzrə daxilolmalar təşkil etməklə 13130,8 milyon manat olub, bu da proqnozla müqayisədə 747,7 milyon manat və ya 6%, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1531,0 milyon manat və ya 13,2 faiz çoxdur.

Çiçək Sadatova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol