Biletlərin baha olması əhalini narahat edir - Tahir Rzayev

Təyyarə biletlərinin baha olması əhalini narahat edir. Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
"Bu barədə deputatlar dəfələrlə burada iradlarını bildiriblər. Biletlərin baha olması əhalini də narahat edir. Ehtimal edirəm ki, dəqiq hesablamalar aparılmamısandan qiymətlər dəyişmir. Əhalinin qiymət dəyişilməsinə ehtiyacı var", - deputat oktyabrın 20-də Milli Məclisin plenar iclası zamanı "Aviasiya haqqında" qanuna münasibət bildirərkən deyib.
Oktyabrın 18-də Milli Məclisin deputatı Vahid Əhmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" qanununa münasibət bildirərkən vurğulayıb ki, Azərbaycanda təyyarə qiymətləri çox bahadır və bu əhalinin gəlirlərinə tərs mütanasibdir.
Həmin iclasda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deputatlara cavab olaraq söyləmişdi ki, AZAL-ın xərcləri və uçuşlarının sayının artması qiymətə təsir göstərir.
Oktyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsinin müzakirəsində İqtisadiyyat Nazinirin müavini Elnur Əliyev açıqlamasında bildirib ki, "AZAL"-ın sərnişindaşıma və yerüstü xidmətləri dövlətin siyasətinə uyğundur.
Bundan əvvəl Milli Məclisin bir neçə deputatı "AZAL"-ı inhisarçılıqda tənqid etmişdi. Deputatlar bildirmişdi ki, qurum uçuşları çox baha qiymətlə həyata keçirir.
Gülnar Nazimqızı
Bundan əvvəl Milli Məclisin bir neçə deputatı "AZAL"-ı inhisarçılıqda tənqid etmişdi. Deputatlar bildirmişdi ki, qurum uçuşları çox baha qiymətlə həyata keçirir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























