Aidiyyatı qurumdan deputata: Su qablarının kefiyyətsizliyi ilə bağlı şikayət almamışıq

Mağazalarda uşaqlar üçün satılan su qabılarının kefiyyətsizliyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə hər hansı şikayət və müraciət daxil olmayıb. Bu barədə qurumundan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununun tələblərinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə
və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin
vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə
orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar)
daxil olduqda, habelə mediada məlumatlar yayıldığı hallarda sahibkarlıq sahəsində
plandankənar (növbədənkənar) yoxlama keçirilə bilər.İstehlak bazarında insan
sağlamlığına zərərli təsirləri olan uşaqların istifadəsi üçün nəzərdə tutulan keyfiyyətsiz
su qablarının satılması ilə bağlı konkret faktlarla (həmin məhsulların satışını
həyat keçirən ticarət obyektləri, malların adı və onun insan sağlamlığına zərərini
təsdiq edən sübutlar) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə
müraciət olunacağı halda, həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun
baxılacaq", - məlumatda qeyd olunub.
Hazırda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılıb.
Oktyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bildirib ki, mağazalarda məktəblilər üçün çox kefiyyətsiz su qabıları satılır. Deputat təklif edib ki, aiddiyatı qurumlar bu istiqamətdə yoxlamalar aparmalıdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























