Bakı metrosunda qatarların hərəkəti ləngiyir

Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinasında müvafiq işarəvermə sistemi işə düşüb.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.
"Qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinust yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb. Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb", - deyə məlumatda vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























