• $
  • €
  • ₽
  • ₺
  • £

Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib
20.10.2023 20:25
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə yerində baxılaraq təmin olunması məqsədilə bölgələrdə səyyar qəbulların keçirilməsi vətəndaş məmnunluğu doğurur.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Ədliyyə Nazirliyi tərəfindən növbəti qəbul oktyabrın 20-də Şəki şəhərində Şəki, Qax və Oğuz rayonlarından olan vətəndaşlar üçün təşkil edilib.

Ədliyyə naziri Fikrət Məmmədov əvvəlcə bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin Şəki şəhərində abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə dərin ehtiramını bildirib.

Şəki regional ədliyyə idarəsində keçirilən qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Əvvəllər qəbulda olmuş vətəndaşlar müraciətlərinə baxılaraq təmin olunmasına, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Yerlərdə mütəmadi qəbulların təşkili bölgə sakinləri tərəfindən məmnunluqla qarşılanıb.
Səfər çərçivəsində nazir həmçinin, yerli ədliyyə orqanlarına və Şəki Məhkəmə Kompleksinə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili, vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
20 oktyabr – Zəngilan şəhəri gününə təsadüf edən tədbirlər zamanı nazir xalqımızın Vətən müharibəsində qazandığı şanlı zəfər günlərini qeyd etdiyini, lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizm yuvasından azad edilən Xankəndi və digər şəhərlərdə dövlət başçısı tərəfindən üçrəngli bayrağın ucaldılması ilə ölkənin bütün ərazilərində suverenliyin tam bərpa olunduğunu vurğulayıb.

Bu müqəddəs missiyanın Ulu Öndər Heydər Əliyevin yubiley ilində, Ümummilli Liderin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsinin iyirminci ildönümündə həyata keçirildiyi xüsusi qeyd olunaraq ötən 20 ildə dövlət başçısının ölkəmizin hərtərəfli tərəqqisi və xalqımızın rifahı naminə müstəsna xidmətlərindən, qazanılan möhtəşəm nailiyyətlərdən bəhs edilib.

Tədbirlərdə bu gün özünün qüdrətli dövrünü yaşayan Azərbaycan dövlətinin ölkə Prezidentinin rəhbərliyi ilə bundan sonra da hərtərəfli inkişaf edəcəyinə, dövlət başçısının ətrafında dəmir yumruq kimi sıx birləşən müzəffər xalqın yeni-yeni uğurlar qazanacağına əminlik ifadə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol