Azad edilmiş ərazilərdən aşkarlanan minaların sayı açıqlanıb

İşğaldan azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) "X” hesabında yazıb.
Bildirilir ki, həmçinin 611,4 hektar ərazi minadan təmizlənib.
Oktyabrın 1-də Milli Məclisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısında millət vəkili Vüqar Bayramov təklif edib ki, Qarabağda minaların təmizlənməsində kosmos texnologiyaların istifadə olunsun.
Qarabağ və Şərqi Zəngəzur ərazisinin böyük hissəsi bu torpaqların işğalı zamanı erməni hərbçiləri tərəfindən minalanıb. Rəsmi Bakının apardığı bir sıra tədbirlər nəticəsində Ermənistandan bir sıra rayonların minalanmış sahələrinin xəritələri alınıb. Lakin onların dəqiqliyi cəmi 25% təşkil edib.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib