Polislər maaşlarından başqa əlavələr də alır- DEPUTAT

Polis əməkdaşları fiks aylıq maaşdan əlavə xidməti vəzifələrinə görə əlavələr alır. Bunu deputat Bəhruz Məhrrəmov deyib.
"Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşən əsas maaşdan, habelə xüsusi günlərdə və əsas iş vaxtından əlavə işləməyə görə müəyyənləşən əlavə məbləğlərdən ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavələr, birdəfəlik müavinət və başqa ödənişlər verilir", - deputat oktaybrın 24-də Milli Məclisin plenar iclasında "Polis haqqında" qanuna münasibət olaraq bildirib.
Məhərrəmov vurğulayıb ki, polislərin həyat və sağlamlığı da həmçinin dövlət büdcəsi hesabına sığortalanır.
Bundan əvvəl Milli Məclisin deputatları Fəzail Ağamalı və Aydın Mirzəzadə təklif edib ki, polislərin sosial durumunun daha da yaxşılaşdırılmasına ehtiyac var.
www.anews.az

Oktyabrın 2-də Milli Məclisin plenar iclasında "polis haqqında" qanunun müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev söyləyib ki, Azərbaycanda 450 manata əməkhaqqı alan polislər var.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib