• $
  • €
  • ₽
  • ₺
  • £

Azerçay”ın dəstəklədiyi minifutbol komandası Avropa çempionu oldu

Azerçay”ın dəstəklədiyi minifutbol komandası Avropa çempionu oldu
24.10.2023 18:03
18-22 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən  minifutbol üzrə Avropa çempionatına yekun vurulub.


Ölkə xaricində Azərbaycanın təmsil olunması üçün illərdir dəstəyini əsirgəməyən "Azerçay ” növbəti dəfə ənənəsinə sadiq qalıb. 

Adıçəkilən yarışda ölkəmizin adından doğma çayın sponsorluğu ilə "Azərsun” minifutbol klubu iştirak edib.

Həyəcanlı və gərgin keçən yarışda rəqiblərinə qalib gələn "Azərsun” minifutbol komandası mərhələləri keçərək , finalda Rumıniyanın "Dedeman Oradea” kollektivi ilə qarşılaşıb.


 Rəqibinə şans tanımayan minifutbol klubumuz 4-0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb. 

Bu gün səhər saatlarında Bakıya qayıdan çempionları Hava Limanında onlarla azarkeşi qarşılayıb.

Minifutbol klubunun direktoru Rafiq Şahverdiyev açıqlama verərək, əldə olunan uğura görə çox sevincli olduqlarını bildirib. Bu günlər ərzində komandaya dəstəyini ifadə edən hər kəsi təbrik edib. 

Rafiq Şahverdiyev idmançıların bu yarışda iştirak etməsi üçün dəstək verən "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozala təşəkkürünü bildirib.

 Onun sözlərinə görə son dövrlərdə "Azərsun” minifutbol komandasının uğurları məhz Abdolbari Gozalın etimadının nəticəsidir. Şirkət rəhbəri ilk günlərdən əməkdaşların bacarıqlarına güvənərək onlara dəstək olub.

"Azerçay”ın dəstəyi ilə adıçəkilən minifutbol klubu  ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən şirkətlərarası minifutbol turnirinin qalibi olaraq , ölkəmizi Avropada təmsil etmək hüququ qazanmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol