Bu gün Daşkəsən, Göygöl və Gəncədə qaz olmayacaq

Bu gün Daşkəsən, Göygöl rayonları və Gəncə şəhərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac” İdarəsinə məxsus "Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı oktyabrın 25-də saat 10:00-dan etibarən işlər başa çatanadək "Gəncə Körpü Tikinti-2”, "Bağmanlar” və "Daşkəsən” Qaz Paylayıcı Stansiyalarından, "Bayan” və "Xoşbulaq” Qaz Tənzimləmə Məntəqələrindən qaz təchizatının dayandırılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























