• $
  • €
  • ₽
  • ₺
  • £

Azad edilən ərazilərdə 11 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib- NAZİR

Azad edilən ərazilərdə 11 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib- NAZİR
25.10.2023 13:28
İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70%-nin məşğulluğu təmin edilib. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
 
Onun sözlərinə görə, icra olunan aktiv məşğulluq proqramlarında postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində bu kateqoriyalardan olan 20 min şəxsin məşğulluğu təmin edilib.
 
"Ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70%-nin artıq məşğulluğu təmin edilib. 11 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib, təqribən 10 minədək şəxs işlə təmin olunub",- nazir "Qarabağ KOB-ları" proqramının təqdimatında vurğulayıb.
 
Nazir son 5 ildə 1 milyondan çox şəxsin məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib.
 
2023-cü ilin yanrar- iyununda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 851 iş yeri yaradılıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, hesabat dövründə Qarabağda yaradılan iş yerlərinin sayı 473, II rübdə 320, Şərqi Zəngəzurda 378 (II rübdə 323) təşkil edib.

Şərqi Zəngəzurda ən çox iş yeri Laçın rayonunda (328), Qarabağda isə Şuşa rayonunda (177) yaradılıb.

2023-cü ilin iyunun sonuna Qarabağ iqtisadi rayonunda orta əməkhaqqı 594,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 645,1 manat təşkil edib.

2022-ci ildə Qarabağ iqtisadi rayonunda 905, Şərqi Zəngəzurda 223 yeni iş yeri yaradılıb. 

Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol