Ötən il nə qədər şəxsə mühafizə orderi verilib?- HESABAT

2022-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 158 şəxsə mühafizə orderi verilib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında bildirilib.
Bildirilir ki, ötən il 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla ümumilikdə 158 mühafizə orderi icraatda olub. Onlardan 151-i qadınlar, 7-si kişilər barədə verilib.
Cari ilin altı ayının hesabatına görə, yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 40 mühafizə orderi verilib.
Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında” qanununda Mühafizə Orderi haqqında anlayış var. Bəs Mühafizə Orderi nədir, kimlərə şamil olunur və ondan necə istifadə edilir ?
Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında” qanununda Mühafizə Orderi haqqında anlayış var. Bəs Mühafizə Orderi nədir, kimlərə şamil olunur və ondan necə istifadə edilir ?
Sözügedən orderdən həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs yararlana bilər. Mühafizə orderi əldə edən şəxs, dəyən maddi, mənəvi, hətta tibbi xərcləri belə qarşı tərəfdən tələb edə bilər.
Mühafizə orderi qısa və uzunmüddətli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır.
Müraciət edildiyi andan 24 saat ərzində bu hadisə araşdırılmalı və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi 30 gün müddətinə qədər verilir. Həmçinin bu order icra sənədlərinə aiddir və məcburi icra olunmalıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.
Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.
Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























