• $
  • €
  • ₽
  • ₺
  • £

"Space" və ANS yüksək məbləğdə cərimələnəcək

"Space" və ANS yüksək məbləğdə cərimələnəcək
04.03.2014 15:58
Milli Tele Radio Şurası (MTRŞ) Space və ANS kanalını yüksək məbləğdə cərimələyə bilər. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun Movqe.az-a açıqlamasında bildirib ki,  telekanallarda Azərbaycan dilinin ədəbi normalarına riayət olunmasına dair keçirilən monitorinq zamanı Space kanalında yayımlanan "Bizim mətbəx" verilişində söyüş və təhqir dolu ifadələrin səsləndirildiyi qeydiyyata alınıb. Həmçinin ANS telekanalında efirə gedən "Ağabəyovlar" serialında da qeyri-etik ifadələrin işlədiyi  monitorinq qrupu tərəfindən qeydə alınıb.Hər iki telekanala monitorinqin nəticələri açıqlanan zaman ciddi xəbərdarlıq ediləcək".T.Məmmədov bildirib ki, həmin kanallar yüksək məbləğdə cərimələnə də bilər: "Monitorinqin nəticələri açıqlanan zaman sözügedən kanallara sərt xəbərdarlıq olunacaq. "Bizim mətbəx" və "Ağabəyovlar" serialında efirə yasaq olan ifadələrin səsləndirilməsi monitorinqin nəticələri açıqlanan zaman öz əksini tapacaq".Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu”nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi monitorinq davam edir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol