• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə gimnaziya məktəbində 18 sinifdə qızılca halı aşkarlanıb - Rəsmi

Şəkidə gimnaziya məktəbində 18 sinifdə qızılca halı aşkarlanıb - Rəsmi
26.10.2023 10:05
Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın  18 sinifində uşaqlar arasında yoluxma halı aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.  
 
"Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanin 22 sinifindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Son yoluxma hadisəsi 6 oktyabr 2023-cü il tarixində qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamlanana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək", - məlumatda deyilir. 
 
Bundan əvvəl Elm və TƏhsil Nazirliyi Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagidlərinin qızılcaya yoluxması səbəbindən bağlandığını açıqlayıb. 
 
Oktyabrın 25-də Səhiyyə Nazirliyi açıqlama yayaraq vurğulayıb ki, Azərbaycanda qızılcadan peyvənd olunmayan uşaqlar arasında bu xəstəliyin yoluxma halları müşahidə edilib.
 
Nazirlik bildirib ki, Azərbaycanda 2014-cü ildən bu yana qızılcaya yoluxan olmayıb. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu xəstəliyə yoluxan ölkələr siyahısından çıxarılıb. 
 
Səhiyyə Nazirliyinin sentyabrda açıqladığı məlumatda Azərbaycanda qızılcaya yoluxanların sayı 24 olduğu açıqlanıb. 


Gülnar Nazimqızı 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol