Ağalı kəndinə daha 17 ailə köçürülüb

Oktyabrın 26-da 17 ailə olmaqla 95 nəfər Zəngilanın Ağalı kəndinə köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib.
Bununla da Ağalıya köçənlərin sayı 150 olmaqla 744 nəfərə çatıb.
Oktyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi açıqlayıb ki, Ağalı kəndinə köçürülən vətəndaşların 120-si vakansiyalar üzrə, 33 nəfər "İşsizin dostu” proqramı üzrə işlə təmin olunub. 11 nəfər üçün özünəməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Zəngilan 2020-ci oktyabrın 20-də erməni işğalından azad edilib.
Prezidentin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama görə oktyabrın 20-si "Zəngilən Şəhəri Günü" kimi qeyd edilir.
Prezidentin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama görə oktyabrın 20-si "Zəngilən Şəhəri Günü" kimi qeyd edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























