• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yanıq mərkəzi yaradıldı

Azərbaycanda yanıq mərkəzi yaradıldı
04.03.2014 15:30
Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin adı və statusu dəyişdirilib. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi Respublika Yanıq Mərkəzinə çevrilib. Bunu APA-ya açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov məlumat verib. O bildirib ki, 5 nömrəli xəstəxananın yanıq şöbəsi bundan sonra Respublika Yanıq Mərkəzi kimi fəaliyyət göstərəcək. Bu mərkəzdə 2 yeni şöbəsinin yarandığını deyən V. Ələkbərov qeyd edib ki, böyüklər və uşaqlar üçün nəzərdə tutulan yanıq mərkəzi şöbələrində vətəndaşlara hər cür xidmət göstəriləcək: “Bu, respublikada tək mərkəzdir və bütün Azərbaycana xidmət edir. Əvvəllər yanıq şöbəsində uşaqlar üçün yer yox idi. Yeni mərkəzdə uşaqlar üçün ayrıca korpus yaradılıb və burada yalnız uşaqlara xidmət göstərilir”. Baş həkim qeyd edib ki, hazırda mərkəz alqı-satqı işləri ilə əlaqədar olaraq aptek və digər işlərdə 5 saylı Şəhər Klinik Xəstəxanasına bağlıdır, hələlik 5 saylı Şəhər Klinik Xəstəxanasının tabeliyində fəaliyyət göstərir: “Lakin gələcəkdə başqa yerə köçürülə bilər”.  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol