• $
  • €
  • ₽
  • ₺
  • £

Hava nə üçün buludlu və dumanlıdır? - Açıqlama

Hava nə üçün buludlu və dumanlıdır? - Açıqlama
04.03.2014 14:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin buludlu və dumanlı olmasının səbəblərinə aydınlıq gətirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, əvvəldən verilən proqnozlarında bu gün üçün  Abşeon yarımadası və respublikanın bəzi rayonları üçün əsasən səhər və axşam saatlarında dumanlı hava şəraiti göstərilib. Onun sözlərinə görə, bu gün cənub-şərq küləyinin üstünlüyü nəticəsində Xəzər dənizdən rütubətli hava kütlələri sahilyani ərazilərə yönəlib. Bunun nəticəsində də dumanın yaranması üçün faktiki şərait yaranıb: “Martın 5-də gecə və səhər saatlarında əsasən sahilyanı rayonlarda hava şəraitinin dumanlı olacağı ehtimalı var. Lakin martın 5-də gündüz saatlarından başlayaraq şimal küləyinin güclənməsi gözlənilir. Bununla da artıq hava cərəyanları öz istiqamətini dəyişəcək və qurudan dənizə doğru əsən küləklər üstünlük təşkil edəcək. Buna görə də martın 5-i gündüzdən dumanın olması gözlənilmir, martın 6-da da hava şəraiti dumansız olacaq”. U.Tağlyeva qeyd edib ki, martın 5-də günün ikinci yarısı, martın 6-na keçən gecə şimal küləyinin sürəti arabir 18-20 metrə çatacaq. Temperatur rejimində mühüm dəyişikliklərin  müşahidə olunmayacağını deyən direktor qeyd edib ki, maksimal temperatur 12-14 dərəcə intervalında olacaq: “Belə temperatur göstəriciləri mart ayının iqlim normasından 3-4 dərəcə yüksəkdir”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol