Azərbaycan selektiv abortlara görə 2 ildir dünyada birinci yeri tutur

Azərbaycan 2 ildir ardıcıl olaraq selektiv abortlara görə dünyada birinci yeri tutur. Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev deyib.
"Selektiv abortlar qanunla qadağan olunmuş abortlardır. 2021-ci il ölkədə 100 qıza 116 oğlan düşübsə, bu il bu rəqəm 100 qıza 112 oğlan civarında təşkil edib. Amma yenə də bu rəqəm yüksəkdik", - Babayev oktyabrın 27-də Milli Məclisdə dinləmələr zamanı çıxışında bildirib.
BMT-nin Əhali Fondunun baş müşarivi vurğulayıb ki, 2008-ci il aparılan araşdırımalara görə sorğuda iştirak edən 37% dən çox respondent qadın zorakılığa məruz qalıb.
"Amma bu araşıdrma həmin ildən sonra keçirilməyib. Növbəti il bu araşdırmanı yenidən keçirtmək niyyətindəyik", - o bildirib.
Dövlət Statistika Komitəsinin 2022-ci il hesabatına görə, Azərbaycanda abort edənlərin sayı 57 999 olub. Bu rəqəm 2021-ci il 46 877 təşkil edib. Bu da 1 il ərzində abort edənlərin 11 112 artım olduğunu göstərir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























