• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb
27.10.2023 16:32
Səhiyyə Nazirliyinin vəzifələri artırılıb. Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.


Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Eyni zamanda nazirlik müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirir, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin edir.


Bundan əlavə, "Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək, səhiyyə sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında iştirak etmək və fəaliyyət istiqamətlərinə uyğun olaraq, həmin sənədlərlə bağlı aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını və ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını təsdiq etmək, səhiyyə sistemi infrastrukturunun təşkili ilə bağlı planlaşdırmanı və proqnozlaşdırmanı aidiyyəti qurumlarla birlikdə həyata keçirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyənin təşkili üçün mütərəqqi forma və metodların tətbiqi məqsədilə araşdırmalar aparmaq və sınaqlar keçirmək, səhiyyə sahəsində müxtəlif maliyyələşmə modellərinin effektivliyinin təhlilini həyata keçirmək, müvafiq sahədə əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər görmək və bu tədbirlərin icrasının effektivliyinə nəzarəti təmin etmək nazirliyin səlahiyyətinə daxildir.


Eyni zamanda Səhiyyə Nazirliyi tədbirləri hazırlaya və həyata keçirilməsinə nəzarət edə biləcək.


Dəyişikliklə nazirliyin Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə tibb və ya əczaçılıq təhsili almış şəxsləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasına uyğun olaraq, ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxmaq, ali və orta ixtisas tibb təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə qəbul barədə təkliflər vermək, tabeliyində olan tibb müəssisələrinin dayanıqlı inkişafı üçün təhlillər aparmaq və təkliflər hazırlamaq, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatlar aparılması, tibb müəssisələrinin maliyyələşməsi və xərclərinin idarə edilməsi məqsədilə mütərəqqi və effektiv beynəlxalq təcrübənin tətbiqi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək, səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tətbiq etmək, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini aparmaq, tibbi sığorta ilə bağlı təkliflər vermək səlahiyyəti da var.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol