• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgərlərimizin yemək menyusuna dolma, küftə, plov daxil edildi

Əsgərlərimizin yemək menyusuna dolma, küftə, plov daxil edildi
04.03.2014 14:12
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin qida təminatının yaxşılaşdırılması ilə bağlı tapşırığından sonra ilk olaraq Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində milli menyuya keçilib.Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib. V. Dərgahlının sözlərinə görə, artıq Silahlı Qüvvələrin hərbi hospitalları və stasionar tibb məntəqələrində bu proses yekunlaşıb: «Hərbi hospitalların menyusunda dolma, küftə, plov və digər milli yeməklər var». V. Dərgahlı onu da əlavə edib ki, bununla yanaşı, menyuda bəzi dietik qidalar da qalır. Bu da şəxsi heyətin sağlamlığı nöqteyi-nəzərindən vacibdir. Nazirlik rəsmisinin sözlərinə görə, hərbi hissələrdə də milli menyuya keçid prosesi gedir. Qeyd edək ki, 2013-cü ilin oktyabr ayının sonlarında müdafiə naziri vəzifəsinə təyin olunan general-polkovnik Zakir Həsənovun ilk tapşırıqlarından biri əsgərlərin qida təminatının milliləşdirilməsi olub. Azərbaycanın hərbi qurumları arasında milli yeməklərə keçid ilk olaraq Daxili Qoşunlarda tətbiq edilib. Hazırda Sərhəd Qoşunlarında analoji proses gedir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol