• $
  • €
  • ₽
  • ₺
  • £

3 məhkəmə sədri vəzifəsindən azad edildi - Azərbaycanda

3 məhkəmə sədri vəzifəsindən azad edildi - Azərbaycanda
04.03.2014 13:50

Azərbaycanda 2013-cü il ərzində 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə isə xitam verilib.

Buna hakimlərin işlərində ciddi nöqsan və çatışmazlıqlara yol vermələri səbəb olub. Trend xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsini təqdim edərkən bildirib.Məruzədə ötən il 3 hakim barədə intizam icraatına baxılması da qeyd olunur.E.Süleymanova deyib ki, 2013-cü ildə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Ombudsmanın ünvanına 697 müraciət daxil olub.Müraciətlərdə məhkəmə qərarlarının icra edilməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlara münasibətdə kobud rəftar və s. hallar öz əksini tapıb. Edilən müraciətlər üzrə zəruri araşdırma aparılıb, həmin qərarların icrasına tam və yaxud qismən nail olunub.Sənəddə göstərilir ki, qanunvericiliyin tələblərinin pozulmasına yol verdikləri üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ziya Əliyevin və Masallı rayon Məhkəməsinin hakimi Vidadi Nəsirovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Sabunçu rayon Məhkəməsinin hakimi Elşən Kazımova isə irad tutulub. Eyni zamanda birinci instansiya məhkəmələrinin qanunvericiliyin tələblərini pozan 4 hakimi barədə intizam icraatına başlanılıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol