• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada Peşələr festivalı başlayıb

Qubada Peşələr festivalı başlayıb
28.10.2023 16:23
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qubada ölkədə ikinci dəfə keçirilən Peşələr festivalına start verib.

"Report" Şimal bürosu xəbər verir ki, bu dəfə 10 rayon və şəhərdə "Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcəklər.
 
Bununla yanaşı, festival iştirakçıları müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarını izləyəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.
Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.

Anar Əliyev çıxışı zamanı ölkədə insan kapitalının inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Nazir müavini gənclərin peşəyönümü tədbirləri ilə əhatə olunması üçün həyata keçirilən dəstək tədbirlərini qeyd edib.

Həmçinin işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və əmək bazarı barədə məlumatlılığın artırılması məqsədilə görülən işlər diqqətə çatdırılıb. Növbəti Peşələr festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb.

Bildirilib ki, ötən il 10 şəhər və rayonda 10 peşə üzrə keçirilən festivala 25 mindən çox şəxsin qatıldığı tədbir gənclər arasında böyük marağa səbəb olub.

Digər çıxış edənlər festivalın əhəmiyyətindən bəhs edib, məktəblilərin, tələbələrin, ümumilikdə gənclərin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndiriblər. Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqlarının təmiri, yardım masası, dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.
Növbəti festival oktyabrın 30-da İsmayıllı rayonunda keçiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol