Biləsuvarda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
Rayonun İsmətli kənd sakini, Müqəddəs Babayevin idarə etdiyi "VAZ 21011” markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər - Xəyal Əliyev və Tural Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























