• $
  • €
  • ₽
  • ₺
  • £

Praqada Azərbaycan icması ilə görüş keçirilib

Praqada Azərbaycan icması ilə görüş keçirilib
29.10.2023 14:12
Heydər Əliyev İli çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Praqada yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.

"Qafqazinfo” xəbər verir ki, görüşdə Çexiyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbir müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş filmin təqdimatı və şanlı Zəfərimizi əks etdirən "Xalqa verilən söz həqiqətə çevrildi” mövzusunda videoçarxın nümayişi ilə davam edib.
Görüş iştirakçılarını salamlayan Komitə sədri soydaşlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edib. Azərbaycanın Dövlət Bayrağının Xankəndi, Xocalı, Əsgəran və Ağdərədə ucaldılması kimi möhtəşəm tarixi hadisəyə görə dünya azərbaycanlıları adından dövlət başçımıza və qəhrəman hərbçilərimizə minnətdarlığını ifadə edib. 

Komitənin fəaliyyəti barədə geniş hesabatla çıxışını davam etdirən sədr indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri, gerçəkləşdirilən sistemli layihələr, Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri kimi məsələləri nəzərə çatdırıb. Azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb, bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb. Çexiyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında fəal iştiraklarına görə Eldar Vəliyevə, Leyla Begim Cəfərovaya və Fərid Əmirəliyevə minnətdarlığını bildirib.

Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov çıxışında ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə dünyanın müxtəlif ölkələrində, o cümlədən Çexiyada silsilə tədbirlərin keçirildiyini bildirib. Azərbaycan icmasının da bu tədbirlərdə iştirak etdiyini vurğulayan səfir Çexiyadakı diasporumuzun fəaliyyətini yüksək qiymətləndirib, soydaşlarımızı mədəniyyət və incəsənətimizin təbliği istiqamətində fəal olmağa, məqsədyönlü addımlar atmağa dəvət edib.

Azərbaycanlı diplomat Avropa məkanında bəzi qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının arxasında dayanan səbəblərdən də danışıb.

Tədbirdə diaspor nümayəndələri - "Buta” həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Rəna Abubəkirova, "Natəvan” Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyi, Britaniya Şairlər Cəmiyyəti və Avropa Ədəbiyyatşünaslar Konqresinin üzvü Leyla Begim Cəfərova, "Elson Grand” təşkilatının üzvü Fərid Əmirəliyev çıxış ediblər.
Sonra Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Çexiya üzrə koordinatorlarının seçkisi keçirilib. Leyla Begim Cəfərova və Fərid Əmirəliyev koordinator seçiliblər.

İcma tərəfindən Praqada Azərbaycan Evinin açılması təklifi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib.
Komitənin adından Çexiyada diaspor fəaliyyətində aktiv olan icma üzvlərinə təşəkkürnamələr təqdim edilib.

Görüşün bədii hissəsində 2020-ci ildə Çexiyada "İlin adamı” seçilmiş skripkaçı, nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəflinin ifasında "Azərbaycan”, "Ana” və "Xalq Heydər söyləyəcək” mahnıları səsləndirilib.

Hazırda dünyanın 14 ölkəsində 20 Azərbaycan Evi və 36 ölkəni əhatə edən 15 Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol