• $
  • €
  • ₽
  • ₺
  • £

Bal yarımarkasında nə qədər satış olub? - Açıqlama

Bal yarımarkasında nə qədər satış olub? - Açıqlama
30.10.2023 16:16
Bu il Kənd Təşərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarımarda 62tondan çox bal satılıb. Bu barədə Nazirlikdən məlumat verilib. 
 
2022-ci il bal yarımarkasında satışa çıxarılan 120 ton baldan 90 tona yaxını satılıb. 
 
Yarımarkada 95 tona yaxın məhsul satışa çıxarılıb. Satışa çıxarılan balın 1,5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid olub. 
 
Satış məhsulları üzrə 46 arıçıya "Keyfiyyətli arıçı” və "Fərqlənmə” sertifikatları verilib. 
 
Hər arıçıya satış üçün maksimum 30 ədəd arı şanı satmaq icazəsi verilib. 
 
Bal sayca 23-ci Respublika bal yarımarkası olub. Yarımarka isə 2-22 oktyabr tarixlərində baş tutub. 
 
Hazırda hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya pulu verilir. 
 
Dövlət Statistika Komitəsinin 2023-ci ilin 4 aylıq statistikasına görə Azərbaycana 72.52 min dollar dəyərində 14.46 ton təbii bal idxal edilib. Bu göstərici 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə dəyər ifadəsində 3.6 dəfə və ya 186.36 min dollar, həcm ifadəsində isə 3.8 dəfə və ya 39.88 ton azalıb.Hesabat dövründə Türkiyədən 43.91 min dollar dəyərində 10.17 ton, İrandan 6 min dollar dəyərində 2 ton, Almaniyadan isə 17.71 dollar dəyərində 1.53 ton təbii bal idxal edilib.
 
2022-ci ildə Azərbaycanda 7 445,9 ton bal istehsal olunub. Bu, 2021-ci illə müqayisədə 9,45 % çoxdur. Ötən il bal istehsalı 32 933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsinin hesabına olub.


Ötən il 22 min arı ailəsi azad edilmiş ərazilərə köçürülüb. Bu il isə 40 min arı ailəsi nəzərdə tutulub. Qarabağda gələcəkdə 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır.


2022-ci ildə  Azərbaycandan xarici ölkələrə 19 min ABŞ dolları dəyərində 0,74 ton təbii bal ixrac edilib. Azərbaycan təyin olunmayan ölkəyə 16,24 min ABŞ dolları dəyərində 0,62 ton,  Qətərə 1,5 min ABŞ dolları dəyərində 0,06 ton, İraqa 0,44 min ABŞ dolları dəyərində 0,04 ton, Yaponiyaya 0,43 min ABŞ dolları dəyərində 0,02 ton və Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.


Aytac Zeynalova 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol