Bakıda içki satışı obyekti ilə bağlı protokol tərtib edilib, bəzi məhsulların satışı dayandırılıb

Bakıda fəaliyyət göstərən alkoqollu və alkoqolsuz içkilərin satışı obyektində yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 44 ünvanında yerləşən, fiziki şəxs Xəyyam Məhəmməd oğlu Mahmudova məxsus alkoqollu və alkoqolsuz içkilərin topdan və pərakəndə satışı obyektində agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların satışı dayandırılıb, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























