Basarkeçərin 32 kəndinin adı dəyişdirilərək erməni adları ilə əvəzlənib

Basarkeçərin 32 kəndinin adı dəyişdirilərək erməni adları ilə əvəzlənib. Bunu Milli Məcliin deputatı Əhliman Əmiraslanov deyib.
www.anews.az
"Mən Basarkeçərdə doğulmuşam. O vaxtı Basarkeçərin 3 kəndində ermənilər, 32 kəndində azərbaycanlılar yaşayıb. 70-ci illərdə bu adlar dəyişdirilərək erməniləşdirildi.İnsanların şikayətinə baxmayaraq bu adları bərpa etmədilər. Kəndlərin adları dəyişildi. Sonradan Basarkeçərin də adı dəyişdirildi. Adların dəyişdilməsi tarixin saxtalaşdırılmalsıdır. 2012-ci il Qafqazın xəritəsi 3 dildə çap olunub.Hmin xəritə 1903-cü ilə aiddir. O xəritədə bir dənə erməni adı yoxdur. Bütün adlar türk və Azərbaycan adlarıdır. Düşünürəm ki, gələcəkdə Qərbi Azərbaycana qayışdışda o xəritələrdən istifadə etməliyik”, - deputat oktyabrın 31-də Milli Məclisdə «Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək» mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























