Vaqif Xaçaturyanın növbəti məhkəməsi başlayıb

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın növbəti məhkəməsi başlayıb.
Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
İyulun 29-da Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları beynəlxalq axtarışda olan Vaqif Xaçatryanı Xankəndinən Ermənistana gedərkən Laçın sərhəd buraxılış məntəqəsində saxlayıb.
Xaçatryan 1991-ci il dekabrın 22-də Xocavənd rayonunun Meşəli kəndində baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində axtarışa verilmişdi.
İstintaqın məlumatına görə, Xaçatryan bu kəndə silahlı hücumu həyata keçirən erməni birləşmələrinin üzvü olub.
Ombusdman avqustun 3-də Vaqif Xaçatryanın vəziyyəti ilə maraqlanmaq üçün onunla görüşüb. Xaçatryan vəziyyətinin normal olduğunu deyib və saxlanma şəraitinə görə Azərbaycana təşəkkür edib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























