Ötən il qeydə alınmış cinayətlərin sayı artıb

2022-ci ildə Azərbaycanda qeydə alınmış cinayətlərin sayı 2021-ci il ilə müqayisədə 3 226 nəfər artaraq 24 432 nəfər olub. Bu barədə məlumat Dövlət
Statistika Komitəsinin saytında yerləşdirilib.
Bildirilir ki, cinayətlərdən 6 047-i ağır cinayətlərdir. Bunlardan 23 205-i kişilər, 1 227-i qadınlardır. Cinayət törətmiş
şəxslərin 433 nəfəri 14-17 yaş aralığında olan gənclərdir ki, bu da 2021-ci il
ilə müqayisədə artıb.
Ötən il məhkum
olanların sayı 16 426 nəfər olub. Bu 2021-ci il ilə müqayisədə 777 nəfər artıb
deməkdir.
2022-ci ildə qeydə
alınmış cinayətlər nəticəsində zərərçəkən şəxlərin sayı 25 449 nəfərdir.
Cari ilin altı ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19 533 cinayət qeydə alınıb. Bu cinayətlərin 95,5 faizi (18.661-i) daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllərdir
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























