• $
  • €
  • ₽
  • ₺
  • £

Reklam agentliyi tam olaraq özbaşına qurumdur- DEPUTAT

Reklam agentliyi tam olaraq özbaşına qurumdur- DEPUTAT
02.11.2023 14:57
Reklam agentliyi səlahiyyətlərindən istifadə edir. Bunu deputat Razi Nurullayev deyib. 

"Reklam agentliyi tam olaraq özbaşına qurumdur. Səlahiyyətlərindən sui istifadə edir, sərbəst və yaradıcı ideyaları boğur, özbaşına qərarlar qəbul edir, reklamları qopardır. Mənə deyirlər ki, hər küncə adam qoyub ki, nəzarət etsinlər, onların bığının altından keçməyənləri isə sıxışdırsınlar. Əsas problem nədir? Hamı istəyir ki, tutucu və kəsici olsun, nəzarət eləsin. Aidiyyatı oldu-olmadı müdaxilə edilir. Axı niyə, nə ixtiyarınız var? Əgər dövlət qurumu qanunu kobud şəkildə pozursa, onda belə çıxır ki, qanunlar kasıblar, dayaqsızlar üçün yazılıb? Sən tutucu, sökücü orqan deyilsən. Sənin işin yalnız nəzarətdən ibarət deyil, hər küncə bələdçi, gözətçi qoyub insanları güdəsən. Sənin işin tənzimləməkdir. Tənzimləyə bilmirsən, niyə oturmusan orada? Zəhmət çək kreslonu vakant elə. Bir neçə qurum var ki, özbaşınalıqla məşğuldur. Biri də reklam agentliyi. Öz məsuliyyətini parlamentin və nazirlər kabinetinin üzərinə atır. Təqdim etsin görək, onlar nə zaman dəyişikliklərlə bağlı Parlamentə müraciət ediblər? Etməzlər, çünki, sərf edir ki, boşluqlardan istifadə edib özbaşınalıqla məşğul olsunlar”, - deputat noyabrın 2-də Milli Məclisdə büdcə müzakirəsi zamanı çıxışında deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol