İranda Fərid Səfərli ilə bağlı şikayət təmin edilmədi

İranda casusluq ittihamı ilə 2 il həbs cəzası verilmiş Fərid Səfərli ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova "Qafqazinfo”ya danışıb.
O bildirib ki, İranın yuxarı instansiya məhkəməsi şikayəti təmin etməyib.
Qərara əsasən Fərid Səfərli barəsindəki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü F.Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra F.Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























