Deputat müdafiə xərclərinin 10 milyarda çatdırılmasını təklif edib

Azərbaycanda müdafiə xərclərinin 6,4 milyardan 10 milyarda çatdırılması yaxşı olar. Bunu deputat Elman Nəsirov deyib.
www.anews.az
"Zəfərimin 5-ci büdcəsini müzakirə ediri. Hərbi xərclərimiz artıb. Hazırda bu artım 17,7% nəzərdə tutulub. Ermənistan hərbi xərclərə ayrılan vəsait artırılıb. Bizim büdcəmizlə müqayisə etmirəm. Çünki onların büdcələri qat-qat aşağıdır. Sadəcə son proseslərə baxsaq, Avropanın 27 ölkəsindən 24-ü Ermənistana öz missiyasını göndərib. Digər tərəfdən Kanadanın münasibəti. Bütün ehtimal riskləri nəzərə alıb bu məbləği artıra bilərik”, - deputat Milli Məclisdə noyabrın 3-də keçirilən Hüquq siyasəti və dövlət quruculuğu, İnsan huquqları, Müdafiə, təhlükəsizlik və korupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər komitəsinin birgə iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























