Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib

Azərbaycanın
Fransadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi,
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan-Fransa
Məzunlar Birliyinin təşkilatçılığı ilə "Parisdə 1-ci şəbəkələşmə” tədbiri
keçirilib.
Tədbirdə
Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın beynəlxalq və
regional münasibətlərdəki rolundan danışıb.
Bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə regionun lider ölkəsi olan Azərbaycanın beynəlxalq
nüfuzu daha da artıb və bu gün qlobal dialoqda fəal iştirak edir.
Səfir
Azərbaycanın bir çox beynəlxalq təşkilatlara sədrliyindən danışıb,
müstəqilliyini bərpa etdiyi bu qısa müddətdə ölkəmizin əldə etdiyi böyük
nailiyyətlərdən bəhs edib. Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisi
üzərində suverenliyini bərpa etdiyini bildirən səfir vurğulayıb ki, Azərbaycan
regionda ən böyük inkişaf potensialına malik, eləcə də müstəqil siyasət aparan
ölkədir. O, ölkəmizin çox həssas bir geosiyasi məkanda yerləşdiyini diqqətə
çatdırıb.
Azərbaycan
dövlətinin gənclər siyasətindən söz açan Leyla Abdullayeva əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, söhbət
gənclikdən və gənclərdən gedəndə ilk qeyd olunan təhsildir. Təhsil dövlətimiz
üçün əsas prioritetlərdəndir. Çünki təhsilli, müxtəlif sahələrdə biliklərə
malik insanlar həm ölkənin, həm özlərinin inkişafına töhfə verir.
Səfir
Azərbaycan-Fransa əlaqələrindən, beynəlxalq təhsil sferasının inkişafından və
gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən söz açıb.
Tədbir
müzakirələrlə davam edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























