Türkiyəli TIR sürücüləri Naxçıvanda etiraz aksiyası keçirib

Oktyabrın 31-də "Sədərək” gömrük postunda insident yaşanıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, yüzlərlə türkiyəli TIR sürücüsü rüşvət və süründürməçilik iddiası ilə "Sədərək” gömrük postuna yürüş edib.
Sürücülər bildirib ki, Türkiyəyə qayıtmaq istəyərkən, heç bir səbəb olmadan, onları gömrüyün qarşısında günlərlə gözləməyə məcbur edirlər. İddiaya əsasən, 100-150 avro rüşvət verənlər sırada gözləmədən, dərhal gömrüyü keçə bilir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi (DGK) açıqlama yayıb ki, "Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























