• $
  • €
  • ₽
  • ₺
  • £

Üç ildə 553 odlu silah, 80 minə yaxın döyüş sursatı polisə könüllü təhvil verilib

Üç ildə 553 odlu silah, 80 minə yaxın döyüş sursatı polisə könüllü təhvil verilib
03.11.2023 16:50
Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara müraciət edib.

DİN-dən verilən məlumata görə, müraciətdə deyilir ki, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş son 3 ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib.

Bununla belə, daxil olan məlumatlar göstərir ki, Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur.
Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol