• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil alan daha 117 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alan daha 117 nəfərin diplomu tanınmayıb
03.11.2023 16:59
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 261, Rusiya Federasiyasından 197, Türkiyə Respublikasından 132, Gürcüstandan 54, Belarus Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

Qeyd edilik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilərin 47%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciətçilərin 53%-i isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol