• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxaca səbəb oldu

Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxaca səbəb oldu
04.03.2014 09:13
Bakı-Sumqayıt yolunun 12 kilometrliyində 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. Magistral yolun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində “Hyunda”, “VAZ 2115” və “Nissan” markalı maşınlar toqquşub. Hadisə nəticəsində “Hyundai”nin sürücüsü 37 yaşlı İbrahim Məmmədov və sərnişini xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Yaralılar ətrafdakıların köməyi ilə, 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Qəzadan sonra hadisə yerinə Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları cəlb edilib. Araşdırmalar nəticəsində məlum olub ki, qəzaya “VAZ 2115” markalı avtomobilin sürücüsü Rafiq Qasımov səbəb olub. Hadisə yerində olan polis əməkdaşlarının verdiyi məlumata görə, 2 nəfərin xəsarət alması ilə nəticələnən qəzanı törədən sürücü hadisə yerindən yayınıb.Qəza ilə bağlı Bakı-Sumqayıt yolunda uzun müddət tıxac meydana gəlib. Qəzada iştirak edən avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra əraziyə gələn yol patrul xidmətinin əməkdaşları magistral yolu açaraq nəqliyyatın normal hərəkətini təmin edə bildilər. Faktla bağlı Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəifndən araşdırmalar davam etdirilir.//Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol